Friday, October 23, 2015

Menecment menecmen ingilis sözüdür, “management” sözündən götürülüb, idarəçilik, nəzarət, bacarıq, qabiliyyət, müəssisəyə rəhbərlik mənalarında işlədilir. Menecment - istehsalın və ya ticarətin idarəedilməsi, gəlirlərin artırılması

1. Menecment anlayışı---


menecment ingilis sözüdür, “management” sözündən götürülüb, idarəçilik, nəzarət, bacarıq, qabiliyyət, müəssisəyə rəhbərlik mənalarında işlədilir. Menecment - istehsalın və ya ticarətin idarəedilməsi, gəlirlərin artırılması və istehsalın səviyyəsinin yüksəldilməsi məqsədi ilə işlənib hazırlanmış və inkişaf etdirilmiş idarəetmənin formalarının, prinsiplərinin, üsullarının, metodlarının məcmusudur. Menecment termini hərdən idarəetmə ilə eyni mənada işlədilsə də bunlar bir-birindən fərqli məfhumlardır. İdarəetmə daha genişdir və demək olar ki, bütün sahələrdə işlədilə bilər, lakin menecment isə idarəetmənin bir hissəsidir və yalnız sosial-iqtisadi proseslərdə işlədilir.

Menecment idarəçilik fəaliyyəti sistemidir. Həmin fəaliyyət sistemi özünə idarəetmə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funksiyaların və məsuliyyətin bölüşdürülməsini, resursların (material, texnika-texnologiya, kapital, informasiya, əmək resursları) səmərəli seçimi və istifadəsini, çoxvariantlı qərarların qəbul edilməsini, iş stilinin müəyyən edilməsini və bütün bunlar üçün xüsusi idarəetmə orqanlarının mövcudluğunu nəzərdə tutur.

İdarəetmə çoxcəhətli bir prosesi əhatə edir. O, cəmiyyətin bütün fəaliyyət dairəsi ilə əlaqədardır. Çünki hər bir idarəetmə mərhələsi nəticə etibarilə insanların fəaliyyətinin nizamlanması, qaydaya salınması, kiçik və böyük kollektivlərin idarə olunması, bu isə istehsal, əmək kooperasiyasının həyata keçirilməsi, habelə canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqəndirilməsi ilə bağlıdır.

No comments:

Post a Comment